Cəza təyini zamanı nəzərə alınan halların sayı artırbackend

Cəza təyini zamanı nəzərə alınan halların sayı artır

Cəza təyini zamanı nəzərə alınan halların sayı artır.

KONKRET.az-ın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən, cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmünə əsasən, yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycanda qanunla müəyyən edilmiş qaydada tanındıqda, bu məhkumluq da cinayətin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*