“Cəzaçəkmə müəssisələrində PCR testi tələbi absurddur və Operativ Qərargahın qərarına ziddir” – Partiya sədribackend

“Cəzaçəkmə müəssisələrində PCR testi tələbi absurddur və Operativ Qərargahın qərarına ziddir” – Partiya sədri

Son zamanların ən aktual problemlərindən biri də Penitensiar Xidmətdə PCR testinin vətəndaşlardan və vəkillərdən tələb olunmasıdır. Artıq ölkəyə gələnlərdən PCR testi tələbi ləğv edilsə də, həbsxanalarda yaxınlarını ziyarət etmək istəyən vətəndaşlardan və müvəkkillərini görməyə gələn vəkillərdən  bunun tələb edilməsi insanlarda narahatlıq yaradır. Eyni zamanda PCR testi tələbi əlavə xərclər də yaradır ki, bu da hər kəsin cibinə uyğun olmaya bilər.

Bəs görəsən Penitensiar Xidmətin müəssisələrində PCR testi tələbi niyə ləğv olunmur?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, bu testlərin qiyməti kifayət qədər yüksəkdir. Amma qapalı məkanlarda xəstəliyin yayılma risklərinin böyük olması ilə bağlı bəhanələr də gətirilir: “Buna baxmayaraq artıq bir çox məkanlarda və müəssisələrdə test tələb olunmur. Çünki əhalinin böyük əksəriyyəti vaksinasiya olunub. Səhv etmirəmsə cəzaçəkmə müəssisəsində olan insanlara da vaksinlər vurulub. Düşünürəm ki, ən yaxşı halda vaksin tələbi qoyula bilər. Amma PCR testinin tələb olunması Operativ Qərargahın qərarlarına da ziddir. Eləcə də bu tələb insanlara müəyyən problemlər yaradır”.

Tural Abbaslı (@TuralAbbasli) / Twitter

Tural Abbaslı əlavə edib ki, həbsxanadakı şəxslərin böyük əksəriyyəti aztəminatlı ailələrdəndir: “Cəzaçəkmə rejimlərinə görə, həftədə bir-iki dəfə görüşə icazə verilir. Bununla bağlı Penitensiar Xidmət problem yaratmamalıdır. Əgər xüsusi narahatçılıq varsa, o zaman ziyarətçilərin vaksinasiya məsələsinə diqqət ayıra bilərlər. Bütün bunları nəzərə alsaq PCR testinin tələb edilməsi absurddur”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*