Çılpaq həyat tərzini təbliğ edən otel satışa çıxarıldıbackend

Çılpaq həyat tərzini təbliğ edən otel satışa çıxarıldı

ABŞ-da təxminən bir əsrdir nudistlər (Çılpaq şəkildə gəzməyi və yaşamağı xoşlayan insanlar) üçün fəaliyyət göstərən otel satışa çıxarılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Mülk Kaliforniyanın Los Qatos şəhərində yerləşir. Lupin Lodge adlanan yer 1935-ci ildən bəri nudistlərin sığınacağıdır. Otelə 32,8 milyon dollar qiymət qoyulub. 1978-ci ildən bir nəfərdə olan biznesmen nəhayət onu satmaq qərarına gəlib.

Obyektin sahəsi 45,3 hektardır. Mülkdə 37 yataq otağı var. Tennis, voleybol meydançaları, hovuz, idman zalı, sağlamlıq mərkəzi, atçılıq klubu və şərab zavodu olan oteldə üzüm bağı da var ki, istirahət edənlərin ixtiyarına verilmişdi. Bundan əlavə, yeni sahibi ərazini genişləndirmək və bir neçə ev və daha bir hovuz tikmək imkanı əldə edəcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*