Rüşvət almaq ittihamı ilə həbsdə olan Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədovla bağlı digər cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
KONKRET.az apa-ya istinadla xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Elsun Əhmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Elsun Əhmədov Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham edilib.
Xatırladaq ki, Bərdə Rayon Məhkəməsinin keçmiş hakimi Əhmədov Elsun Məzahir oğlunun həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvlərindən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Əhmədov Elsun Məzahir oğlu şübhəli şəxs qismində tutulub, ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib.Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, o, 5 il müddətə azadlıqdan məhrum edilib. Sabiq hakim məhkəmə zalında həbs olunub. Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
