600-ə yaxın süpürgəçinin maaşından pul tutulacaq – Sumqayıtda nə baş verir?backend

600-ə yaxın süpürgəçinin maaşından pul tutulacaq - Sumqayıtda nə baş verir?

Sumqayıt şəhərində təmizlik işçilərinin əməkhaqlarından müəyyən məbləğdə vəsait tutulacağı ilə bağlı qərar verildiyi iddia edilir.

KONKRET.az xəbər verir ki, bu barədə Sumqayit24.az-a vətəndaşlar məlumat veriblər.

Onların iddiasına görə, Sumqayit şəhər Təmizlik departamentində süpürgəçilərin aylıq əməkhaqlarından 45-50 manat məbləğində vəsait tutulacağı barədə işçilərə məlumat verilib. Şikayətçilər bildirirlər ki, kəsintinin səbəbi ilə bağlı onlara hər hansı rəsmi izahat təqdim edilməyib.

“600-ə yaxın süpürgəçinin maaşından pul tutulacaq. İşçilər hər gün səhər saat 5-dən fəaliyyətə başlayırlar. Maaş onsuz da azdır, üstəlik ondan da vəsait tutulması vəziyyəti daha da çətinləşdirəcək”, – deyə şikayətçilər narahatlıqlarını ifadə ediblər.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*