Çin ABŞ-ı “vahid Çin” prinsipinə əməl etməyə çağırırbackend

Çin ABŞ-ı "vahid Çin" prinsipinə əməl etməyə çağırır

Çin ABŞ-ı “vahid Çin” prinsipinə riayət etməyə və 1970-1980-ci illərdə ölkələr arasında münasibətləri normallaşdıran zaman əldə edilmiş razılaşmalara əməl etməyə çağırıb. 

KONKRET.az Sinxua agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yi ABŞ prezidenti Co Baydenlə görüş zamanı bildirib.

“Vahid Çin” prinsipi və üç Çin-ABŞ kommünikesinin müddəaları (əlaqələrin normallaşdırılması, diplomatik münasibətlərin qurulması, ABŞ-ın Tayvana silah tədarükünün azaldılması və dayandırılması haqqında 1972, 1978 və 1982-ci illərdə birgə bəyanatlar) mühüm əhəmiyyət kəsb edir. Bu ÇXR və ABŞ arasında münasibətlər üçün siyasi əsas sayılır”, – deyə diplomat xatırladıb.

Onun sözlərinə görə, Pekin Vaşinqtonun bu razılaşmalara əməl etməsində israrlıdır.

“Çin və ABŞ arasında münasibətlərin yaxşılaşdırılması təkcə ölkələrimizin və onların xalqlarının fundamental maraqlarına uyğun deyil, həm də beynəlxalq ictimaiyyətin marağını əks etdirir”, – nazir deyib.

Vanq Yi qeyd edib ki, onun ABŞ-a səfəri “ikitərəfli münasibətlərin daha da pisləşməsinin qarşısını almaq və onları sabitləşdirməyə başlamaq” məqsədi daşıyır.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*