Çin Avropa səfirlərini XİN-ə çağırdıbackend

Çin Avropa səfirlərini XİN-ə çağırdı

Çin G7 və Avropa Birliyinin bəyanatına etiraz olaraq avropalı diplomatları XİN-ə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyi onlara ölkəsinin daxili işlərinə qarışması ilə bağlı etirazını bildirib.

Hansı Avropa dövlətlərinin səfirlərinin çağırıldığı açıqlanmır.

Qeyd edək ki, G7 ölkələri və Avropa Birliyi Nensi Pelosinin adaya səfərindən sonra Çinin Tayvan ətrafında keçirdiyi hərbi təlimləri tənqid edib.

Çinin müəyyən etdiyi təlim zonaları Tayvan ətrafında yerləşir və bəzi yerlərdə limanlara yaxın əraziləri bağlayır. Tayvan rəhbərliyi Çini faktiki blokadada ittiham edir.

Bir gün əvvəl Yaponiya Çin raketlərinin ilk dəfə ərazi sularına düşdüyünü bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*