Çin avtomobili almaq istəyənlərin NƏZƏRİNƏ: Yaxın vaxtlarda qiymətlər ucuzlaşacaq?backend

Çin avtomobili almaq istəyənlərin NƏZƏRİNƏ: Yaxın vaxtlarda qiymətlər ucuzlaşacaq?

Son dövrlərdə avtomobil bazarında maraqlı tendensiya müşahidə olunur. Xüsusilə Çin istehsalı olan avtomobillərə münasibətdə müəyyən dəyişikliklərin baş verdiyi, bəzi hallarda tələbin azaldığı iddia edilir. Bu isə avtomatik olaraq belə bir sualı gündəmə gətirir: əgər tələb azalırsa, Çin avtomobillərinin qiymətində ucuzlaşma baş verə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, Çin avtomobillərinə olan tələbatın kəskin şəkildə azalması iddiaları o qədər də inandırıcı deyil.

Etibarnamə ilə avtomobili idarə edən şəxslərin NƏZƏRİNƏ | KONKRET

“Dünya avtomobil bazarında Çin istehsalı olan nəqliyyat vasitələri əsasən daha ucuz seqmentə aid olduğuna görə geniş kütlə üçün cəlbediciliyini qoruyur.

Burada əsas məsələ konkret ölkəyə keyfiyyətli və ya keyfiyyətsiz məhsulun satılması deyil, qiymət və əlçatanlıq faktorudur. Çin avtomobilləri digər markalarla müqayisədə daha münasib qiymətə təklif olunur və bu da onları vətəndaşlar üçün cəlbedici edir. Eyni zamanda, yanacaq qənaətliliyi də mühüm amillərdən biridir”, – deyə o, vurğulayıb.

Aslan Əsədovun sözlərinə görə, bu avtomobillərin bəzi mənfi cəhətləri də mövcuddur.

“Belə ki, xarici görünüş və detalların keyfiyyəti bəzən zəif olur, ehtiyat hissələri həm baha, həm də bazarda çətin tapılır. Bundan əlavə, servis xidmətlərinin sayının məhdud olması da istifadəçilər üçün müəyyən çətinliklər yaradır. Elektrik avtomobilləri seqmentində Çin markalarının sayı artsa da, bəzi bazarlarda bu istiqamətdə hələ də kifayət qədər geniş yayılma müşahidə olunmur”.

Ümumilikdə isə mütəxəssis hesab edir ki, bazarda müəyyən maraq azalması müşahidə edilsə belə, Çin avtomobilləri qiymət üstünlüyü və iqtisadi səmərəliliyi sayəsində mövcud mövqelərini qorumağa çalışır. Bu baxımdan yaxın dövrdə kütləvi ucuzlaşma ehtimalı yüksək qiymətləndirilmir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*