Çin avtomobillərinin ehtiyat hissələri ilə bağlı çatışmazlıq yarandı – Rusiyadabackend

Çin avtomobillərinin ehtiyat hissələri ilə bağlı çatışmazlıq yarandı - Rusiyada

Rəsmi dilerlərdən avtomobil almayanları, eləcə də müxtəlif yollarla ölkəyə Çin avtomobilləri gətirənləri xoşagəlməz sürpriz gözləyə bilər. Belə ki, həmin maşınlarda nasazlıq halında təmirlə bağlı problemlər yaranacaq. Məsələ burasındadır ki, belə avtomobillər üçün lazımi diaqnostika avadanlığı mövcud deyil.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Avtomobil Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya görə, “Çin brendləri üçün ehtiyat hissələrinin çatışmazlığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu gün ehtiyat hissələrinin tədarükü üçün çətin logistika marşrutları mövcud olsa da, rəsmi dilerlərdə Çin maşınları üçün kifayət qədər ehtiyat hissələri var”.

ROAD şirkətinin rəhbəri Aleksey Podşekoldin bildirib ki, hazırda Rusiya bazarının yarısını Çin avtomobilləri təşkil edir. Assosiasiyanın hesablamalarına görə, Rusiya Federasiyasında 60 Çin markasının avtomobilləri satılır və onlardan yalnız 29-u rəsmi olaraq təqdim olunur.

​Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*