Çin İranı ABŞ-la müharibəyə BELƏ HAZIRLAŞDIRIRbackend

Çin İranı ABŞ-la müharibəyə BELƏ HAZIRLAŞDIRIR

Çin mümkün ABŞ–İsrail hücumuna qarşı İranın müdafiə qabiliyyətini gücləndirmək üçün Tehrana hərbi texnologiya, kəşfiyyat məlumatları və müxtəlif texniki sistemlər təqdim edir.

KONKRET.az xəbər verir ki, yüksək vəzifəli mənbələrin bildirdiyinə görə, bu addımlar Pekinlə Tehran arasında strateji tərəfdaşlığın və Çinin regiondakı iqtisadi maraqlarının qorunmasına yönəlib.
Söhbət, o cümlədən, dəyəri 400 milyard dollar olan 25 illik Çin–İran əməkdaşlıq sazişindən və Çin–Pakistan iqtisadi dəhlizindən gedir.

Ekspertlərin fikrincə, 2025-ci ilin iyununda ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlar “region üçün destabilizasiyaedici faktor” olub və Çinin strateji, iqtisadi və logistika maraqlarına birbaşa təsir göstərib.

Bu hadisələrdən sonra Pekinlə Tehran arasında texniki əməkdaşlığın daha da genişləndirildiyi qeyd olunur.

Məlumata görə, İran Çin istehsalı olan “BeiDou” peyk naviqasiya sistemini tətbiq edib, əvvəllər istifadə olunan ABŞ və İsrail proqram təminatını Çin sistemləri ilə əvəzləyib.

Bundan əlavə, ölkədə uzaqmənzilli radarlar və HQ-9B zenit-raket kompleksləri yerləşdirilib.

Bildirilir ki, Çin İsrailə yeni investisiyaları məhdudlaşdırıb və İsrailin Çin tibbi avadanlıqlarından asılılığını mümkün təsir vasitəsi kimi nəzərdən keçirə bilər. Bununla belə, Pekinin birbaşa hərbi müdaxilə planlaşdırmadığı vurğulanır. Çin daha çox “aşağı intensivlikli” dəstək strategiyasına üstünlük verir – kəşfiyyat məlumatlarının ötürülməsi, ABŞ və İsrail qüvvələrinin hərəkətinin izlənməsi və İranın müdafiə imkanlarının gücləndirilməsi bu çərçivəyə daxildir.

Bu proseslər fonunda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Gerald Ford” aviadaşıyıcısı Yunanıstanın Krit adasını tərk edərək Aralıq dənizinin şərq hissəsinə doğru hərəkət edir. Regionda hərbi aktivliyin artması Yaxın Şərqdə gərginliyin yeni mərhələyə keçə biləcəyi ilə bağlı ehtimalları gücləndirir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*