ABŞ-ın Missuri ştatı koronavirus pandemiyasında ittiham olunan Çini məhkəməyə verib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi ştatın baş prokuroru Erik Şmittə istinadən yayıb.
“Çin hökuməti COVID-19 təhlükələri və yoluxucu olması barədə bütün dünyaya yalan danışdı, şikayət edənləri susdurdu və xəstəliyin yayılmasını dayandırmaq üçün heç bir iş görmədi. Onlar hərəkətlərinə görə cavabdeh olmalıdırlar” deyib.
Məhkəmə iddiası Çin hakimiyyətini “ictimaiyyəti aldatmaqda, vacib məlumatları yayımlamamaqda, şikayətçiləri həbs etməkdə, virusun insandan insana ötürülməsi faktını rədd etməkdə, tibbi araşdırmaları məhv etməkdə, milyonlarla insanın virusla təmasda olmasına imkan verməkdə və bununla da pandemiyaya səbəb olmaqda ittiham edir.
Çin hakimiyyəti bu və digər iddiaları rədd edir.
Missuri hakimiyyəti, həmçinin ÇXR-ni virusu ilkin mərhələdə saxlamamaqda ittiham edir.
1 yanvarda 175 min adam koronavirus baş verən Uhanı tərk edib.
Çindən təzminat ödənilməsi tələb olunur. İddiaçılar tələb olunan kompensasiyanın dəqiq məbləğini açıqlamırlar.
Məhkəmə iddiasında olanlar ÇXR hökuməti, Çin Kommunist Partiyası və bir sıra digər vəzifəli şəxslər və dövlət qurumlarıdır.
Babək Göyüş
KONKRET.az
