Çinin cənub-qərbindəki Sıçuan əyalətində keçirilən sərgidə 300-dən çox pilotsuz uçuş aparatı nümayiş etdirilib.
KONKRET.az “South China Morning Post”-a istinadən xəbər verir ki, onların arasında ən son taktiki kamikadze pilotsuz təyyarələr də olub.
Məlumata görə, sərgi ÇXR-in çoxlu sayda hərbi-sənaye müəssisələrinin yerləşdiyi Mianyanq şəhərində keçirilib. Orada 500 qrama qədər partlayıcı daşıya bilən və maksimal sürəti 174 km/saata çatan pilotsuz sursat nümayiş etdirilib.
Bildirilir ki, pilotsuz təyyarə bələdçi sistemi ilə təchiz olunub və onun akkumulyatoru 30 dəqiqəlik uçuşa çatır.
Bundan başqa istehsalçı dronun rahat daşəna bilməsi üçün bel çantası formasında xüsusi komplekt buraxıb. Hər bir əsgər çəkisi 1,8 kq olan dörd kamikadze dronunu daşıya bilər.
Qeyd edək ki, Çin Xalq Azadlıq Ordusu artıq təlimlər zamanı analoji təyyarələrdən istifadə edib.
Ariz Həsənoğlu,
KONKRET.az
