Çin Rusiyaya maliyyə yardımı təklif edəcəkmi? – “The Economist”-in TƏHLİLİbackend

Çin Rusiyaya maliyyə yardımı təklif edəcəkmi? - “The Economist”-in TƏHLİLİ

Rusiya Çinlə əla münasibətlər vasitəsilə qlobal iqtisadiyyatla əlaqələrini qoruyub saxlamağa ümid edir. Bəs Moskva istədiyi dəstəyi Çindən almağa nail olacaqmı? Bu sualı British Economist-in müəllifi verir. Arzudan uzaqlaşaraq Çinin Rusiyaya ciddi yardım etməyəcəyini müdafiə edir. İddialara görə,

Yəqin ki, Pekin Rusiyanın “səhvlərindən” dərs alacaq. Yəni Qərbə tabe olmağa razılaşacaq. Çinin Rusiya ilə münasibətləri “daş kimi möhkəmdir” və Si Cinpin və Vladimir Putinin dostluğu “hüdud tanımır”. Amma Qərbin sanksiyaları bu xoş sözləri sınamaq üzrədir. İndi Rusiyanın iqtisadi və maliyyə yardımına çox böyük ehtiyacı var. O, Çindən dünyanın qalan hissəsi ilə ticarət kanalı kimi istifadə etmək istəyir. Lakin Çin maraqlar balansını saxlamalıdır. Ona görə də Çinin Rusiyaya maliyyə yardımı çox məhdud olacaq.

Rusiyanı Ukraynadakı hərəkətlərinə görə pisləyən qətnamələr irəli sürüləndə Çin BMT-də səsvermədə iştirakdan imtina etdi. Lakin Rusiyaya açıq dəstək üçün o qədər də canfəşanlıq etmədi. Doğrudur, martın 7-də Xarici işlər naziri Van Yi Rusiyanı Çinin “ən mühüm strateji tərəfdaşı” adlandırıb. Və bir ay əvvəl, Xi və Putin iki ölkə arasında münasibətlərdə yeni dövrə başladığını elan etdilər. Ona görə də Rusiya ilə münasibətləri saxlamaqla Çin yəqin ki, Qərb siyasətinin aləti kimi sanksiyaların legitimliyini zəiflətmək istəyir.

  • Unutmayaq ki, Qərb dünyası Çini Honq-Konq və Sincanla kifayət qədər demokratik rəftard olmadığına görə cəzalandırıb. Ötən günlərdə “McDonalds” və “Shell” kimi Qərb şirkətləri Rusiya bazarında fəaliyyətini dayandırdığı üçün Çin firmaları Rusiyada yeni imkanlar görə bilər. “Bloomberg News” xəbər verir ki, bəzi Çin firmaları Rusiyanın enerji aktivlərini cəlbedici hesab edir.

Amma embarqonu pozan bu qardaşlıq müəyyən çətinliklərlə üzləşir. Çinin texniki imkanları Qərbi əvəz etməyəcək. Onun CIPS bank köçürmə sistemi kiçik coğrafi əhatə dairəsinə və az miqdarda pula malikdir. O, bəzi Rusiya banklarının hazırda əlaqəsi kəsilmiş Avropa SWIFT şəbəkəsi vasitəsilə mesajlar göndərir. Digər çətinlik ondan ibarətdir ki, Qərbin müttəfiq ölkələrində fəaliyyət göstərən Çin transmilli korporasiyaları birdən-birə mövcud sanksiya rejimini pozur və buna görə cəzalandırıla bilər. Beynəlxalq bazara çıxışı olan Çin bankları bu mənada daha ehtiyatlı olmağa məcburdurlar. “Volvo” (İsveçdə yerləşir, lakin Çin firmasına məxsusdur) və “TikTok” (Sinqapurdan idarə olunur, lakin Çinə məxsusdur) Rusiyada fəaliyyətini dayandırıb. Hətta Qərbdə fəaliyyət göstərməyən Çin şirkətləri də ilkin sanksiyalara məruz qalan dövlətlərə yardım göstərən üçüncü ölkələri hədəf alan “ikinci dərəcəli sanksiyalara” məruz qala bilər. Amerika hələ də Rusiyaya qarşı bu vasitədən istifadə etməyib. Amma istifadə edə bilər. Artıq İran və Şimali Koreya ilə əməliyyatlar aparan Çin banklarını cəzalandırılıb.

Bütün bunları nəzərə alsaq, Çinin Rusiyaya yardımı çox güman ki, tam və uzun müddətli ola bilməz. Pekin Amerikanın bununla barışacağına ümid edərək Rusiya ilə artıq mövcud olan ticarət sazişlərinin həyata keçirilməsi ilə məhdudlaşa bilər. Bu mübarizədə əsas şey enerji resurslarıdır. 2020-ci ildə Çin Rusiyanın ümumi neft ixracının 32%-ni və mayeləşdirilmiş təbii qazın 17%-ni alıb. Çin ticarət və maliyyə əməliyyatlarını da Qərbdə qeydiyyatı olmayan kiçik banklar vasitəsilə həyata keçirə, ödənişləri dollar əvəzinə rubl və yuanla həyata keçirə bilər. O, həmçinin Rusiya Mərkəzi Bankına yuandakı aktivlərinə çıxışı təmin edə bilər. Nəhayət, Çin, şübhəsiz ki, Amerika ilə birbaşa qarşıdurmadan qaçmaq üçün ümumi ticarət və ödənişlərin həcmini məhdudlaşdırmağa çalışacaq.

Çin rəhbərliyi müxtəlif prioritetlər arasında parçalanmağa məcburdur. O, Rusiyanın bu sanksiyalardan sağ çıxmasını istəyir. Bununla da Amerika və müttəfiqlərinə dərs vermək istəyir. Bu dərsin mənası: Rusiya kimi bizi qorxutmağa çalışmayın, sizin bizə qarşı sehrli silahınız yoxdur. Beləcə, çinlilər Çinin maraqlarına girov zərərini məhdudlaşdırmaq istəyirlər.

Bütün bunlar Çin rəhbərliyi üçün çoxlu çətinliklər yaradır və bu rəhbərlik də Rusiyanın səhvlərindən dərs almaq niyyətindədir. Çin də ABŞ-la birbaşa qarşıdurmaya düşəcəyi təqdirdə maliyyə sistemini qorumaq istəyir.

Pekin ödəniş sistemini təkmilləşdirməyi və 3,2 trilyon dollarlıq ehtiyatlarını diversifikasiya etməyi hədəfləyib. Diversifikasiyanın məqsədi digər ölkələrə və digər sahələrə sərmayə qoymaqla, məsələn, əmtəələrə investisiyalar vasitəsilə Qərb valyutalarından və hesablarından imtina etməkdir.

“The Economist”, Böyük Britaniya. 12 mart 2022.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*