İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona yola düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə The Times of Israel nəşri məlumat yayıb.
Uçuşların izlənilməsi xidmətlərinin məlumatına görə, Netanyahu Beer-Şeva yaxınlığındakı Nevatim hərbi aviabazasından havaya qalxıb.
Məlumata əsasən, sabah onun ABŞ Prezidenti Donald Trampla görüşü nəzərdə tutulub. Səfər çərçivəsində Netanyahunun amerikalı senator Lindsi Qremlə vida mərasimində də iştirak edəcəyi bildirilir.
Qeyd olunur ki, Netanyahunun təyyarəsi planlaşdırılan vaxtdan təxminən iki saat gec havaya qalxıb. Baş nazirin Ofisi gecikmənin səbəbi ilə bağlı açıqlama verməyib və uçuşun başladığını rəsmi şəkildə təsdiqləməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
