Manqal dumanında xərçəng riski var – XƏBƏRDARLIQbackend

Manqal dumanında xərçəng riski var – XƏBƏRDARLIQ

Açıq havada manqal qalayıb kabab bişirmək xüsusilə istirahət günlərində əyləncə kimi görülsə də, dumanında olan bəzi maddələr tənəffüs sistemi üçün risk yarada bilər. Bu, aparılan araşdırmalar zamanı məlum olub. Belə ki, manqal qalananda istifadə edilən kömür və yandırıcı digər maddələrə görə ortaya çıxan tüstü rəngsiz görünsə də, toksik maddələri özündə ehtiva edir və bu qazlara məruz qalmaq bir sıra problemlərə yol aça bilər.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, araşdırmalarda o da qeyd edilib ki, kababın bişirilmə prosesi ağciyər xəstəliklərinə yol açmasa da, mütəmadi formada edilməsi ağciyər xərçəngi riskini artıra bilər. Eyni zamanda belə duman astma xəstələri üçün də təhlükəlidir. Bu səbəbdən həvəslə bişirilən kababın sağlamlıq üçün təhlükəli ola biləcəyi unudulmamalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*