Çin Ukraynada müharibəyə son qoyurbackend

Çin Ukraynada müharibəyə son qoyur

“Pekin tezliklə atəşkəs və Ukraynanın Rusiya ilə müharibəsində siyasi nizamlanmanın tərəfdarıdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib.

“Ukraynadakı müharibə ilə bağlı Çin tezliklə atəşkəs və siyasi nizamlamanın tərəfdarıdır. Çin bütün tərəflərin maraqlarına xidmət edən sülh və dialoqun tərəfində olmağa davam edəcək. Daha böyük konsensusa nail olmaq üçün beynəlxalq əməkdaşlıq bundan sonra da dəstəklənəcək və kommunikasiya yolları təmin ediləcək”, – deyə Mao Ning bildirib.

O, həmçinin bildirib ki, Çində səfərdə olan Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba həmkarı Vanq Yi ilə danışıqlar aparacaq, hər iki dövlət arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə ikitərəfli əməkdaşlıq dərinləşdiriləcək.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*