Çində 1113 nəfər koronavirusdan öldübackend

Çində 1113 nəfər koronavirusdan öldü

Çində yeni növ koronavirusdan 1113 nəfər ölüb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Çinin Səhiyyə üzrə Dövlət Komitəsinin saytında dərc olunan məlumatlar sübut edir.

Bu məlumatlar 11 fevral çərşənbə axşamı gecə yarısında təqdim olunub.

Komitənin məlumatına görə, ÇXR-in 31 əyalətindən (bölgələr, mərkəzi tabeliyindəki şəhərlər) alınan 44,653 yoluxma hadisəsi təsdiqlənib.

Onlar xəstələrin sayının 38800 nəfərə çatdığını bildiriblər. 8204 nəfərin vəziyyətinin ağır olduğu deyilir.

Qeyd olunduğu kimi, 4 740 nəfər müalicə olunaraq tibb müəssisələrindən evə buraxılıb.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxanda vətəndaşların yeni virusa yoluxduğunu elan edib. Xəstəliyin törədicisi Covid-2019 rəsmi adı verilən yeni bir növ koronavirusdur.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*