Çində COVID-ə yoluxanların sayı rekord qırdıbackend

Çində COVID-ə yoluxanların sayı rekord qırdı

Çinin Quançjou şəhərində insanlar Covid-19 epidemiyasının qarşısını almaq üçün sərt tədbirlərə görə etiraz ediblər.

KONKRET.az xəbər verir ki, Çinin cənubundakı Quanqdonq əyalətinin mərkəzi olan Quançjou şəhərinin Haizhu rayonunda qəzəbli izdiham dünən axşam saatlarında Covid-19 karantinləri səbəbindən qurulan barrikadaları yıxıb. Sosial şəbəkələrdə hadisələrə aid olduğu iddia edilən görüntülərdə noyabrın 5-dən sərt karantin tədbirləri altında yaşayan məhəllə sakinlərinin qoruyucu kombinezon geyinmiş məmurlarla mübahisə etdiyi, karantinin ləğvi tələbi ilə şüarlar səsləndirdiyi görünür. Tədbirlərə reaksiya verən insanlar barrikadaları təpiklə yıxmağa çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*