Çinin şimal-şərqindəki Liaonin əyalətindəki kimya zavodunda güclü partlayış baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Sina” informasiya portalı məlumat yayıb.
Bildirilib ki, partlayış Pancin şəhərindəki fabriklərdən birində baş verib.
Məlumata görə, partlayışdan sonra zavodda yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Ölən və yaralananlar, həmçinin hadisənin səbəbləri barədə məlumatlar dəqiqləşdirilir.
İqbal Rzayev,
KONKRET.az
