İspaniyada bir çox hava limanı Çin raketinin nəzarətdən çıxması səbəbindən uçuşları dayandırıb.
KONKRET.az “Daily Mail”ə istinadən xəbər verir ki, Barselona, Tarraqona, İbiza və Reusa giriş-çıxışların dayandırıldığı məlum olub.
Məlumata görə, bu proses təxminən 40 dəqiqə çəkəcək, lakin İbiza kimi şəhərlərdə üç saata qədər davam edəcək.
“CZ-5B kosmik obyektinin İspaniyanın hava məkanından keçməsi ilə bağlı Kataloniya və digər şəhərlərdə uçuşlar səhər saat 9.38-dən axşam 22.18-ə qədər tamamilə məhdudlaşdırılır”, – Kataloniya Mülki Müdafiə Agentliyinin sözçüsü bildirib.
Qeyd edək ki, oktyabrın 31-də Çinin Tianqonq Kosmik Stansiyasına buraxılan raketin Yerə qayıtması narahatlıq yaradıb.
Nəzarətdən çıxan “Long March 5B” adlı daşıyıcı raket Yer kürəsini saatda 28 min kilometr sürətlə yaxınlaşır. Müxtəlif kosmos təşkilatları raketin marşrutunu hesablamağa çalışır.
İqbal Rzayev,
KONKRET.az
