Çindən Ukraynaya “açıq siqnal” – Zelenskini alqışlamadılar və iclası tərk etdilərbackend

Çindən Ukraynaya “açıq siqnal” – Zelenskini alqışlamadılar və iclası tərk etdilər

Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı Çin nümayəndə heyəti Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışından sonra zalı alqışsız tərk edib.

KONKRET.az xəbər verir ki, bu barədə Çinin “Sinxua” agentliyi məlumat yayıb.

Məlum olub ki, Zelenskinin çıxışı zamanı Çin nümayəndələri Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birolla danışıqlar aparırmış.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Maykl Makkol Volodimir Zelenskinin çıxışından sonra Çin nümayəndə heyətinin Ukrayna prezidentini alqışlamaqdan imtina etdiyini və iclas zalından çıxdığını açıqlayıb. Makkol hesab edir ki,  çinlilər bununla Ukraynanı və Zelenskini dəstəkləmədikləri haqda “açıq siqnal” verirlər.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*