Rusiya Federal Təhlükəsizlik Xidməti tanınmış alim Dmitri Kolkeri həbs edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, o, vacib məlumatları Çinə ötürməkdə şübhəli bilinir.
Novosibirsk Dövlət Universitetinin Kvant Optik Texnologiyaları Laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Dmitri Kolker xərçəng xəstəliyindən müalicə aldığı Novosibirskdəki xəstəxanada saxlanılıb.
