Çin və ABŞ koronavirus pandemiyası ilə birlikdə mübarizə aparacaq.
KONKRET.az xəbər verir ki, bunu Çin Prezidenti Si Szinpinlə telefon danışığından sonra ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında qeyd edib.
O, bildirib ki, Çin lideri ilə koronavirusla bağlı müzakirələr aparıblar.
“Biz sıx əməkdaşlıq edirik. Çinə böyük hörmətim var”, – o vurğulayıb.