CNN: Fransa xaosa sürüklənəcəkbackend

CNN: Fransa xaosa sürüklənəcək

Fransada növbədənkənar ümumi seçkilərdə qələbəni 4 sol partiyanın yaratdığı, 178 deputatla Yeni Xalq Cəbhəsi alyansı qazanıb. Seçki nəticələrini dəyərləndirən CNN vurğulayıb ki, “Üç müxalif blok koalisiya qurmağa və ya özlərini iflic vəziyyətinə salmağa çalışdıqca Fransa uzun bir qeyri-sabitlik dövrünə qədəm qoyacaq”.

KONKRET.az xəbər verir ki, Prezident Emmanuel Makronun ittifaqı 150 deputatla, ifrat sağçı Milli Birlik Alyansı (RN) isə 125 deputatla parlamentə daxil olub. Bu nəticələrlə heç bir ittifaq və ya partiya 289 deputatın mütləq əksəriyyətinə çata bilməyib. Solçular alyansı mandatların sayını 150-dən 178-ə yüksəldib. 250 deputatı olan Makron alyansı 150-yə enib. İfrat sağçı RN alyansının deputatlarının sayı isə 89-dan 125-ə yüksəlib.

CNN İnternational “Makronun qumarı ifrat sağı hakimiyyətdən kənarda saxladı, lakin Fransanı xaosa sürüklədi” başlıqlı təhlil verib: “Belə bölünmüş parlamentdə böyük struktur islahatlarına ümid yoxdur”.

Ekspertlər hesab edir ki, Makronun solçularla ittifaq qurmaq qərarı Fransa iqtisadiyyatı üçün ciddi nəticələr verə bilər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*