Co Bayden Trampı nasist adlandırdıbackend

Co Bayden Trampı nasist adlandırdı

ABŞ prezidenti Co Bayden sələfi Donald Trampı nasist Almaniyasının yolu ilə getməkdə ittiham edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” yazıb.

Co Bayden bu fikrini Trampın komandası tərəfindən yayımlanan qalmaqallı video ilə əsaslandırıb. Trampın seçki qərargahı nasist Almaniyasından bəhs edən video paylaşıb. Videoda “Birləşmiş Reyx” haqqında ifadə olub. İctimaiyyətin mənfi reaksiyasından sonra Trampən komandası videonu silib.

Lakin bu, Baydenin diqqətindən yayınmayıb. O bildirib ki, Tramp nasistlərə rəğbət bəsləyir və komandası ilə birlikdə ABŞ-dakı demokratiyanı təhdid edir.

“Tramp ilk dəfə deyil ki, bu yola gedir. Uşaqlar, daha aydın ola bilməzdi. Trampın ikinci dəfə təmsil etdiyi təhlükə ilk dəfə olduğundan daha böyükdür”, – deyə prezident bildirib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*