COVAX-a güvənsizlik – zəngin ölkələr vaksini “cəngəllik qanunu”na əsasən əldə edir…backend

COVAX-a güvənsizlik - zəngin ölkələr vaksini "cəngəllik qanunu"na əsasən əldə edir...

Koronavirusla mübarizədə ən effektli mübarizə üsulu vaksinlər sayılır. Bu bəladan qurtulmaq üçün isə bütün dünya ölkələri bir yerdə mübarizə aparmalıdır, bir və ya bir neçə dövlətin virusa qalib gəlməsi hələ virusdan “canını qurtarmaq” sayılmır. Bir sözlə, pandemiyaya tam qalib gəlmək üçün bütün ölkələr səfərbər olmalıdırlar. Son günlər dünyada vaksinlərlə bağlı aparılan siyasət isə dediklərimizin tam əksini göstərir…

KONKRET.az xəbər verir ki, ötən il COVID-19 pandemiyası başladıqdan etibarən Azərbaycan onunla mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub və bu istiqamətdə bir sıra dəyərli təşəbbüslərlə çıxış edib. Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVID-19 Peyvəndi Qlobal Fondunun (COVAX) təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdəndir. Azərbaycan Prezideni İlham Əliyev öz çıxışlarında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı fikirlərini bölüşüb və bu istiqamətdə birgə səylərin önəmini qeyd edib.

Belə ki, COVAX tərəfindən Azərbaycana bildirilmişdi ki, öncədən razılaşdırılmış qaydada vaksinlər ölkəmizə təhvil veriləcək. Lakin artıq müəyyən qədər vaxtın keçməsinə baxmayaraq hələ də COVAX Azərbaycana vaksinləri təqdim etməyib. Son günlər də COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir.

Maraqlıdır ki, COVAX tərəfindən dost Gürcüstana artıq ilk partiya vaksinlər çatdırılıb. Əlbəttə, belə yanaşma qeyri-ciddidir və nəticədə COVAX-a olan etibarı sıfıra endirir. Sanki vaksin kimi önəmli səhiyyə məsələsində də ikili standartlara yol verilir…

Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunun Qlobal Sağlamlıq Mərkəzinin həmmüdafiəçisi Muri Mun da bildirib ki, yüksək gəlirli ölkələr koronavirus peyvəndinin tədarükünü “cəngəllik qanunu” na bənzər bir şəkildə əldə edir. Mütəxəssisin fikrincə, belə bir yanaşma, yaxın aylarda az gəlirli ölkələrin istifadəsinə veriləcək peyvəndlərin həcmini əhəmiyyətli dərəcədə təsir edəcək.

_112089239_gettyimages-1211060806-594x594.jpg (32 KB)

Məşhur CNBC telekanalı qeyd edir ki, dünyanın əksər ölkələrinin COVAX-a qoşulduğu göstərilir. Bu fondun məqsədi dünyada risk altında olan əhalini qorumaq üçün 2021-ci ilin sonuna qədər 2 milyard doza koronavirus peyvəndi buraxmaqdır.

M.Mun hesab edir ki, ən böyük problemlərdən biri, əksər zəngin ölkələrin bu fonda güvənməməsidir: ölkələr öz peyvənd tədarüklərini ikitərəfli kanallar və şirkətlərlə birbaşa müqavilələr yolu ilə əldə edirlər. Qlobal Sağlamlıq Mərkəzinin hesablamalarına görə, inkişaf etməkdə olan ölkələrin əhalisinin maksimum 10-15% -i COVAX vasitəsilə peyvənd ala bilərlər.

Amerika saytı isə Duke Universitetinin Qlobal Sağlamlıq İnnovasiya Mərkəzinin apardığı tədqiqatın nəticələrini açıqlayıb:” Hazırlanan peyvəndlər bazar satışına çıxarılana qədər artıq 9,5 milyard doza sifariş olunub. Alimlərin fikrincə, təsdiqlənmiş alışların yarısı yüksək gəlirli ölkələr tərəfindən aparılıb. Eyni zamanda, Amerika Birləşmiş Ştatları gələcək satınalmalar üçün ilkin öhdəliklərin altıdan birini təşkil edir: ölkə altı fərqli şirkətdən 1 milyard doza vaksin sifariş verib. CNBC, zəngin ölkələrin bu cür birbaşa müqavilələrinin peyvəndin qlobal miqyasda ədalətli paylanması üçün daha az yer ayırdığını yazıb.

Без названия.jpg (7 KB)

Tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, COVAX platforması ilə artıq ölkəmiz üçün Avropanın “Pfizer”, “Moderna”, “AstraZeneca” və “Spitnik V” vaksininin alınması təmin olunmalı idi:”İndiyə qədər heç yerdən biz bu vaksinləri ala bilməmişik. Yalnız öz gücümüzlə qardaş Türkiyənin köməyilə Çindən vaksin əldə edə bilmişik. Bütün bunlar ikili standartlardır, necə ki Azərbaycan torpaqlarına yanaşmada ikili standart vardı, burda da həmin yanaşma davam edir. Amma Azərbaycan Cənubi Qafqazda yeganə ölkə oldu ki, öz vətəndaşlarını vaksinasiya edə bildi”.

22.jpg (21 KB)

Politoloq Azad Məsiyev də mövzu ilə bağlı fikirlərini bildirib: “Pandemiya bütün dünyanı tuğyan edir. Bütün dövlətlər bu problemdən yaxa qurtarmaq üçün yollar axtarırlar. Dünyada üç bölgədə-Çin, Rusiya və Amerikanın vaksinləri arasında rəqabət başlayıb. Təəssüf doğuran odur ki, dövlətlər bundan siyasi məqsədlər üçün də istidadə edir. Bu yolverilməzdir. Çünki pandemiya bəşəriyyət üçün yaranmış bir problemdir. Bunun çıxış yollarını Ümumdünya Səhiyyə Təşkilatı mərkəzləşdirilmiş formada həyata keçirməlidir. Bundan siyasi məqsədlər üçün istifadə edilməsinə imkan verilməməlidir. Təbiidir ki, Azərbaycan da bu problemlə rastlaşıb. Bundan çıxış yolu olaraq Çindən gətirilən vaksinləri əsas götürərək istifadə etdik. Hansı vaksinin yüksək keyfiyyətli, daha faydalı olması artıq əhəmiyyət kəsb eləmir. Əsas odur ki, yaranmış problem aradan qaldırılsın. ÜST bu işdə bütün gücünü sərf etməlidir ki, vaksinlərdən siyasi məqsədlər üçün istifadə edilməsin, eyni zamanda biznes nöqteyi nəzərdən mübarizə aparılmasın. Yaranmış bu əngəl aradan qaldırılmalıdır. ÜST məsuliyyəti öz üzərinə götürməlidir. Azərbaycan da hansı vaksin səmərəlidir, daha tez yoluxmanın qarşısını almağa yönələcəksə, ondan istifadə edəcək”.

Ümumdünya Səhiyyə Təşkilatı isə bu günlərdə beynəlxalq ictimaiyyəti yoxsul ölkələrə peyvənd yardımına çağırıb. Təşkilatın baş direktoru Tedros Qebreyesus bildirib ki, bu ilin artıq birinci rübü başa çatmaqda olsa da, 36 ölkə vaksinasiya kampaniyasına başlaya bilmək üçün hələ də COVAX təşəbbüsü çərçivəsində peyvənd gözləyir. Həmin ölkələrdən 16-sı növbəti iki həftə ərzində COVAX tərəfindən peyvəndlə təmin olunacaq. Yerdə qalan 20 ölkə üçün təcili şəkildə 10 milyon doza peyvənd tələb olunur. T.Qebreyesus bir sıra ölkələrin istehsal olunan demək olar ki, əksər peyvənd kontingentini satın alması nəticəsində COVAX təşəbbüsü çərçivəsində peyvənd dozalarının çatdırılmasının çətinləşməsindən şikayətlənib. Qeyd edilib ki, beynəlxalq COVAX təşəbbüsünün hədəfi koronavirusa qarşı peyvənd dozalarının dünya ölkələri arasında ədalətli bölünməsinə nail olmaqdır. Təşəbbüs təsis edilərkən bu il may ayının sonunadək dünyanın yoxsul ölkələri üçün 238 milyon doza peyvəndin çatdırılması nəzərdə tutulurdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*