COVID-19-dan sağalanların sayı 6,5 milyonu keçdi – SON STATİSTİKAbackend

COVID-19-dan sağalanların sayı 6,5 milyonu keçdi - SON STATİSTİKA

Dünyada koronavirusa yoluxanların sayı 11 562 873 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, virusdan 536 841 nəfər ölüb, 6 537 764 xəstə sağalıb.

Koronavirusun ən çox yayıldığı qitə Şimali Amerika (3 494 472 nəfər), ölkə isə ABŞ-dır (2 982 928 nəfər).

Rusiya yoluxma sayına görə dünya ölkələri arasında üçüncü yerdən dördüncü yerə düşüb. RF-də koronavirusa yoluxan 681 251 nəfərin 10 161-i ölüb.

İranda 240 438, Türkiyədə 205 758, Ermənistanda 28 606, Gürcüstanda 951 yoluxma müşahidə edilir.

Azərbaycanda koronavirus 20 324 nəfərdə aşkarlanıb. Virusa yoluxanlardan 250 nəfəri həyatını itirib, 11 742 xəstə sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*