Dünyada 26 182 808 nəfər koronavirusa yoluxub.
KONKRET.az xəbər verir ki, virusa yoluxan 867 362 nəfər ölüb, 18 447 188 nəfər sağalıb.
Yoluxma sayına görə ilk üçlüyə 6 290 737 yoluxma ilə ABŞ, 4 001 422 yoluxma ilə Braziliya, 3 853 406 yoluxma ilə Hindistan daxildir.
Rusiya 1 005 000 yoluxma ilə dördüncü sıradadır.
İranda 21 797 nəfər virusdan ölüb, ümumi yoluxma isə 378 752 nəfərdir.
Türkiyədə 273 301, Ermənistanda 44 075, Gürcüstanda 1 548 nəfərdə koronavirus aşkarlanıb.
Azərbaycanda koronavirusa yoluxan 36 732 nəfərin 538-i ölüb, 34 116-sı sağalıb.
