“Çox çətindir” – Şoyqu Türkiyə-Rusiya Monitorinq Mərkəzindən DANIŞDIbackend

"Çox çətindir" - Şoyqu Türkiyə-Rusiya Monitorinq Mərkəzindən DANIŞDI

Rusiya ilə Türkiyə arasında münasibətlərin qurulması çox mürəkkəb, eyni zamanda səmərəli bir işdir.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qazaxıstanın “Tengrinews” agentliyinə müsahibəsində deyib.

S.Şoyqu bildirib ki, Rusiya və Türkiyə mümkünsüz görünən yerdə də kompromislər tapmağı bacarırlar:

“Məsələn, İdlib deeskalasiya zonası. Ümumiyyətlə, bizim fikrimizə görə, Suriyada oxşar zonaların yaradılması, bu cür münaqişələrin həllində yeni səhifə və yeni mexanizmlər açır”.

S.Şoyqu Rusiyanın Türkiyə ilə birlikdə Suriyanın şimal-şərqində patrul işləri apardığını da xatırladı:

“Biz birlikdə terrorçularla mübarizə aparırıq. Birlikdə işləyirik, ortaq hava məkanından istifadə edirik. Bir çox keçid məntəqəsini tənzimləyir, onlara nəzarət edirik, birlikdə qaçqınların problemləri ilə məşğul oluruq”.

Rusiyanın Müdafiə Naziri Ağdamda yerləşənTürkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən də danışıb:

“Bu çox çətin əməliyyatdır. Mən bunu yalnız bu cür adlandırmaq istərdim. Çünki bura çox sayda arqument, element və motiv daxildir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*