“Crocus”da terrorçuların çəkdiyi görüntülər yayıldı – VİDEObackend

 "Crocus"da terrorçuların çəkdiyi görüntülər yayıldı - VİDEO

Moskva yaxınlığındakı “Crocus City Hall”dakı konsert zalında törədilən terror aktının ilk anlarını əks etdirən yeni video yayılıb.

KONKRET.az xəbər verir ki, görüntülər “112” Telegram kanalında yayımlanıb.

Videoda binanın foyesində insanların necə qaçmağa başladığı, daha sonra atışma səslərinin eşidildiyi, bir anda şüşə qapıların dağıldığı görünür. Bu zaman hadisə şahidlərindən bəziləri kafenin sütun və stollarının arxasında güllələrdən gizlənməyə çalışırlar.

Videonun müəllifi eskalatorla ikinci mərtəbəyə qaça bilib. O, terorçuların dəhlizdə silahla sərbəst vəziyyətdə yeriməsini və insanlara atəş açmasını lentə almağı bacarıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*