Cüdoçumuz Zaqrebdə finala vəsiqə QAZANDIbackend

Cüdoçumuz Zaqrebdə finala vəsiqə QAZANDI

Azərbaycan cüdoçusu Yusif Əhmədov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirində finala vəsiqə qazanıb.

KONKRET.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda fransalı Teo Frarul Hebrarla qarşılaşıb.

Rəqibinə qalib gələn Əhmədov həlledici görüşdə Ukraynanı təmsil edən Dilşot Kalmatovu sınağa çəkəcək.

Qeyd edək ki, bu gün tatami üzərinə çıxan Leyla Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva (52 kiloqram), Nazir Talıbov (60 kiloqram), Kəramət Hüseynov və Kamran Süleymanov (hər ikisi 66 kiloqram) isə yarışı medalsız başa vurublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*