Dağıntılar altında qalan insanlara su verən “ağ paltalı qadın” kimdir? – ƏTRAFLIbackend

Dağıntılar altında qalan insanlara su verən “ağ paltalı qadın” kimdir? - ƏTRAFLI

Türkiyədə baş vermiş zəlzələdə indiyədək minlərlə insan olüb, yaralanıb, eləcə də minlərlə bina dağılıb. 

Türkiyə hökuməti zəlzələdən dərhal sonra dördüncü səviyyəli həyəcan siqnalı verib ki, bu da beynəlxalq yardım tələbi deməkdir. 

Lakin günlər sonra dağıntılar altından xilas olan, günlərlə ac-sussuz sağ qalmağı bacaranlar da az deyil.

Bəzən həmin şəxslər açıqlamalarında dağıntıntıların altında “ağ paltarlı qadın gördüm”, “ağ paltalı qadın mənə su verdi” kimi fikirlər səsləndirirlər.

Bəs görəsən, həmin an insanların gördüyü həmin görüntülərin səbəbi nədir?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan həkim-psixiatr Azad İsazadə bildirib ki, bəzən çıxılmaz vəziyyətdə qaldıqda beyin bədənin sağ qalması üçün bizə bu cür “oyunlar” oynaya bilir:

“Belə hallar bəzən baş verir. Bizdə loru dildə “qarabasma” anlayışı var. Mütləq deyil ki, həmin qarabasma insanın gözünə neqativ formada görünsün. Bəzən qarabasma pozitiv görüntülər də ola bilir. Məsələn, səhrada ilğım kimi görüntülər olur, susuz qalan insan quyu yaxud bulaq görür, həmin görüntüyə doğru gedir, amma reallıqda orada belə bir su qaynağı olmur. Stressli, çıxılmaz vəziyyətdə qalanda beyin bədənə güc vermək üçün xilasedici bir “oyun” yaradır. Bu görüntülər nə pisdir, nə də yaxşı. Kiməsə mənfi şeylər göstərə bilər, kiməsə gücverici”.

Onun sözlərinə görə, bu hal müvəqqəti xarakter daşıyır:

“Bu görüntülər müvəqqəti psixi pozuntu kimi özünü göstərir. Cəmi 5-10 dəqiqəlik yuxu pozuntusu sayılır. Bu, xəstəlik deyil, psixikanın ani pozuntusu kimi qiymətləndirilir. 90 faiz hallarda müvəqqəti, həmin an üçün baş verir və keçib gedir. Lakin kimdəsə öncədən hər hansı psixi pozuntu varsa, bu görüntülər xroniki hal kimi yenidən yaşana bilər”.

  • Zamina Elturan
    Fevral 24, 2023 - 12:09

    Nağıl danışmayın.PARAPSİXOLOGİYADAN NƏSƏ ÖYRƏNİN.Bunlar paranormal olaylardı.O qədər günləri körpə uşaq da ac-susuz olmaqla sağ qaldı?Odamı çay gördü,susuzluğu yatdı?Kiminsə ağlıyla düşünməyin.Allahın işləridi bunlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*