“Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyirik” – Çavuşoğludan NATO-nun Baş katibinəbackend

"Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyirik" - Çavuşoğludan NATO-nun Baş katibinə

Xəbər verdiyimiz kimi,Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu NATO Baş katibi Yens Stoltenberq ilə Ankarada görüş zamanı Dağlıq Qarabağ Münaqişəsini müzakirə edib.

KONKRET.az xəbər verir ki, Çavuşoğlu görüşdə Türkiyənin mövqeyinin dəyişməz olaraq qaldığını, Azərbaycanı sonuna qədər dəstəklədiklərini bildirib:

“NATO olaraq Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik. Niyə Azərbaycan və Ermənistana gəldikdə, Ermənistanı Azərbaycan torpaqlarından çıxmağa çağırmırıq? Azərbaycan torpaqları 30 ildir işğal altındadır. Ermənistan 30 ildir işğaldan zövq alır. Ermənistan cəsarət tapdığı yerdə Azərbaycana hücum edir. Azərbaycan öz ərazisində müharibə aparır. Mövqeyimiz açıq və aydındır. Hər kəs, xüsusən də NATO Ermənistanı Azərbaycan ərazilərindən çəkilməyə çağırmalıdır. Türkiyənin Dağlıq Qarabağ məsələsində mövqeyi dəyişilməz qalır.Azərbaycan hazırda Türkiyədən hərbi dəstək istəmir. Ancaq bu baş verərsə, tərəddüd etmədən dəstək verəcəyimizi demişik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*