İranda silahlı qarşıdurma başlayıb. Hazırda İranşəhr bölgəsində atışma səsləri eşidilir. “Ceyş əl-Ədl” silahlı qruplaşması İranşəhrin daxilinə doğru hərəkət edir. Məlumata görə, toqquşmalar zamanı silahlı şəxslərə qarşı mübarizə aparmaq üçün zirehli maşınlar və pulemyotlarla təchiz olunmuş qruplar göndərilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
İranşəhr şəhərindən daxil olan məlumatlara əsasən, təxminən iki saatdır ki, şəhərin Qəribabad bölgəsində hərbi qüvvələrlə silahlı şəxslər arasında şiddətli silahlı toqquşma davam edir.
Yerli mənbələrin məlumatına görə, insident bölgəsinə hərbi qüvvələrə məxsus onlarca avtomobil və bir ədəd döyüş tankı cəlb edilib.
Atışma zamanı yüngül və yarımağır silahlardan istifadə olunur. Həmçinin hərbi qüvvələrin drondan istifadə etdiyi bildirilir.
Hadisə yerinə aparan bütün yollar hərbi qüvvələr tərəfindən uzaq məsafədə bağlanıb.
