“Daniel” ləqəbli döyüşçü: “Düşmən qırıcısı havaya qalxdı və mən…” – FOTOLARbackend

“Daniel” ləqəbli döyüşçü: "Düşmən qırıcısı havaya qalxdı və mən..." - FOTOLAR

Torpaq yalnız o vaxt Vətən olur ki, uğrunda qanlar tökülsün, canlar verilsin. 44 günlük hərbi əməliyyatlar dövründə biz hər qarış torpağımızı özümüzə Vətən bildiyimizi təkcə düşmənə yox, bütün dünyaya isbatladıq. Çünki minlərlə gəncimizi cəbhəyə aparan məhz həmin Vətən eşqi idi.

KONKRET.az bildirir ki, 1995-ci il təvəllüdlü Elvin İsmayılov da belə gənclərdəndir.

O, özünün döyüş yolu barədə danışaraq bildirdi ki, “Sentyabrın 21-də orduya çağırıldım. Vəzifəm sürücü idi. Füizuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində döyüşdün. Maşınımızın nömrəsi 333 olduğu üçün bizi də bu rəqəmlə tanıyırdılar. Qrupda 9 nəfər idik.

Yoldaşlarım mənə “Daniel” deyirdi. Çox həyəcanlı anlar yaşadıq. Düşmən maşınımızı, keçdiyimiz yolları hədəf alırdı. Ən dəhşətli epizod isə düşmən qırıcısının havaya qalxması idi.

O vaxt özüm özümlə vidalaşdım, hər şeydən əlimi üzdüm. Şükür ki, hər şey yaxşı qurtardı. Sıx yerlərdə, o cümlədən Topxana meşəsində “KamAZ”, “Ural” sürmək çox çətin idi.

Amma, əlbəttə, heç bir çətinlik bizi yolumuzdan döndərə bilmədi. Vətənə borcumuzu şərəflə, ləyaqətlə yerinə yetirdik. Dekabrın 31-də isə tərxis olundum”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*