Danimarka kraliçası Marqret nəvələrindən titullarından məhrum etdiyi üçün ÜZR İSTƏYİRbackend

Danimarka kraliçası Marqret nəvələrindən titullarından məhrum etdiyi üçün ÜZR İSTƏYİR

Danimarka Kraliçası Marqret nəvələrini kral titullarından məhrum etdiyinə görə ailəsindən üzr istədiyi açıq bəyanatla çıxış edib.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın “Mirror” nəşri məlumat yayıb.

Dünən axşam verdiyi açıqlamada monarx qərarının “hamıda böyük təəssürat yaratdığını” etiraf edib, buna görə üzr istəsə də, şüurlu bir qərar verdiyini qeyd edib.

“Nəvələrimi titullarından məhrum etmək qərarıma verdiyim reaksiya, əlbəttə ki, mənə təsir etdi. Ancaq bu qərar çoxdan yetişib. Monarxiyanın zamanın tələblərinə uyğun formalaşmağa davam etməsini təmin etmək mənim borcumdur.

Bəzən bu çətin qərarlar qəbul etməyi tələb edir və doğru anı tapmaq həmişə çətin olur. Kral titulu daşımaq gələcəkdə kral ailəsinin daha az üzvünə həvalə ediləcək bir sıra tapşırıq və öhdəliklər gətirir.

Mən bir kraliça, ana və nənə kimi qərar verdim, lakin bir ana və nənə olaraq bunun kiçik oğluma və onun ailəsinə nə qədər təsir edəcəyini düzgün qiymətləndirmədim. Buna görə üzr istəyirəm.

Heç kəs şübhə etməsin, övladlarım, gəlinlərim, nəvələrim mənim böyük sevincim və fəxrimdir. İndi ümid edirəm ki, biz bir ailə olaraq sakit şəkildə bu vəziyyətdən çıxış yolu tapa bilərik”, – deyə Kraliça Marqret bildirib.

Xatırladaq ki, keçən həftə Danimarka Kraliçası Marqretin dörd nəvəsi 2023-cü il yanvarın 1-dən şahzadə və şahzadə titullarını itirəcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*