Danimarkada Putinin büstünün başını kəsib apardılarbackend

Danimarkada Putinin büstünün başını kəsib apardılar

Danimarkanın Orhus şəhərində reklam kampaniyası çərçivəsində parka qoyulan Rusiya Prezidenti Vladimir Putinin büstünün başı naməlum şəxslər tərəfindən kəsilərək aparılıb.

KONKRET.az xəbər verir ki, hadisə büstün quraşdırılmasından təxminən 6 saat sonra baş verib. Qalan hissə bələdiyyə əməkdaşı tərəfindən aşkarlanaraq radio stansiyasına təhvil verilib.

Büst yerli Radio4 radiostansiyasının nüfuzlu şəxslərə həsr etdiyi reklam layihəsi çərçivəsində hazırlanmışdı. Layihədə Putindən başqa digər tanınmış şəxslərin də büstləri müxtəlif şəhərlərdə yerləşdirilib.

Radio stansiyası Putinin büstündən götürülən başın harada olduğunu müəyyənləşdirmək üçün dinləyicilərdən hadisə ilə bağlı məlumat vermələrini xahiş edib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*