“Dəhlizin açılmasına Azərbaycan və Ermənistandan çox Rusiya maraqlıdır”- Kuznetsovbackend

"Dəhlizin açılmasına Azərbaycan və Ermənistandan çox Rusiya maraqlıdır"- Kuznetsov

Zəngəzur nəqliyyat dəhlizinin açılmasına daha çox siyasi marağı Azərbaycan və Ermənistan deyil, məhz Rusiya göstərir.

KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı tarixi, hərbi ekspert Oleq Kuznetsov deyib.

“Rusiya Prezidenti Vladimir Putin erməni baş nazirini “xalça üzərinə” çağırıb. Moskvada başa düşürlər ki, Zəngəzur nəqliyyat dəhlizi nə qədər gec açılarsa, Rusiyanın regiona təsiri bir o qədər də azalacaq. Bu səbəbdən Nikolu bir az sıxmaq lazım idi. Üstəlik, Rusiya prezidenti sambo üzrə qara kəmər sahibi olduğundan bunu çox peşəkarlıqla edə bilib. Kremldə Paşinyanın sözün əsl mənasında qollarını burdular”, – deyə rusiyalı tarixçi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*