Dəhşət: 13 yaşlı qız qatar altında qaldı – FOTObackend

Dəhşət: 13 yaşlı qız qatar altında qaldı - FOTO

Tacikistanın şimalındakı Buston şəhərində qatar azyaşlı məktəbli qızı vurub. Dizel lokomotivi ilə vurulan məktəbli Anisa Nasimzodanın sol ayağı və sol qolunun üçdə biri amputasiya edilib. Konkret.az xəbər verir ki, “Asiya-Plus” məlumat yayıb.

13 yaşlı qız hazırda Buston Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsindədir.

“İndi yenidən huşunu itirdi, hələ özünü toparlaya bilmir və başına nə gəldiyindən xəbərsizdir. Qız çox qan itirib, ona qan və plazma köçürdük. Ən azı iki ay xəstəxanada olmalıdır, bundan sonra yenidən hansısa cərrahiyyə və protezlər haqqında düşünmək mümkün olacaq”, – deyə həkimi Nasimcon Yaxeyev bildirib.

Əvvəllər eyni xəstəxananın reanimasiya şöbəsində həkim işləmiş qızın nənəsi Məhəbbət Qiyosova bildirib ki, nəvəsi hadisə barədə heç nə xatırlamır. Qızın atası Rusiyada işləyir, uşağın başına gələnləri bildikdən sonra evə qayıdıb.

Nəqliyyat Prokurorluğundan bildirilib ki, hadisə ilə bağlı təhqiqat materialları araşdırılmaq üçün Düşənbəyə göndərilib. İndi lokomotivin qara qutusunu da yoxlayırlar. Yalnız müayinənin nəticələrindən sonra bu hadisə ilə bağlı açıqlama veriləcək.

Hadisənin şahidləri isə bildirir ki, qız tələsik dəmir yolunu keçməyə cəhd edib. Sürücü təcili əyləci bassa da, azyaşlını qatarla vurub. Bir versiyaya görə isə məktəbli qızın ayaqları yoldan keçərkən relslər arasında ilişib qalıb.

ELMAN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*