Demokratlar ABŞ Konqresində tarixi nəticə əldə etdilər: 1992-ci ildən bəri ən böyük təmsilçilikbackend

Demokratlar ABŞ Konqresində tarixi nəticə əldə etdilər: 1992-ci ildən bəri ən böyük təmsilçilik

ABŞ Konqresinin Nümayəndələr Palatasında Demokrat Partiya 1992-ci ildən bəri ən çox mandat qazanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Associated Press agentliyi Şimali Karolinada səslərin hesablanmasının yekunlarına əsasən məlumat yayıb.

Ştatda demokrat namizəd Çak Habbard cəmi 330 səs (0,1 faiz) fərqlə qələbə qazanıb. Bununla da Demokrat Partiyanın Nümayəndələr Palatasında əldə etdiyi mandatların sayı 435 yerdən 258-ə çatıb. Daha dörd mandat üzrə mübarizənin nəticəsi isə hələlik məlum deyil.

Demokratlar sonuncu dəfə 1992-ci ildə Nümayəndələr Palatasında 258 mandat qazanmışdılar. 2008-ci ildə isə partiyanın təmsilçiləri aşağı palatada 257 yerə sahib olublar. Respublikaçıların son illərdəki ən yüksək göstəricisi 2015–2017-ci illərdə qeydə alınıb. Həmin dövrdə onlar Nümayəndələr Palatasında 247 mandat əldə etmişdilər.

Nümayəndələr Palatasında Demokrat Partiyanın lideri Hakim Cefris əldə olunan nəticəni tarixi uğur kimi qiymətləndirib.

“Demokratlar bu əsrdə hər hansı bir partiyanın Konqresdə qazandığı ən böyük çoxluğu təmin ediblər”, – deyə o bildirib.

Noyabrın 3-də keçirilən aralıq seçkilərdə Demokrat Partiya Konqresin yuxarı palatası olan Senatda da 100 yerdən 56-nı qazanıb. Bundan başqa, demokrat namizədlər ənənəvi olaraq Respublikaçıların üstünlük təşkil etdiyi Alyaska, Texas, Kanzas, Ayova, Ohayo, Cənubi Karolina və Missisipi ştatlarında da sensasiyalı qələbələr əldə ediblər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*