“Rusiya oyunçularından hər hansı birinin inanılmaz maaşlarının heç olmasa bir hissəsini ordumuzun ehtiyaclarına verdiyi halları xatırlamıram”.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı deputat Aleksey Juravlev deyib.
O, futbolçuları orduya kömək etmək istəmədiklərinə görə sərt tənqid edib.
“Tanınmış futbol veteranları hökumətin pullarına həddindən artıq həris çıxdı.Lakin onları futbolçu kimi yetişdirən və karyeralarının uzun illəri üçün qidalandıran Rusiyanı tamamilə müdafiə edə bilmədi”, – deyə rusiyalı deputat əlavə edib.
O bildirib ki, futbolçulardan xüsusi hərbi əməliyyata dəstək verəcəklərini gözləyir.
“Xüsusi hərbi əməliyyatı hərarətlə qarşılayan və cəbhəyə könüllü kimi yazılacaq futbolçu haradadır? Rusiyanın fəxri olan oyunçulardan gözlədiyiniz budur!” – deyə deputat Aleksey Juravlev əlavə edib.
Burhan,
KONKRET.az
