Deputatın şirkəti cərimə olundubackend

Deputatın şirkəti cərimə olundu

“Azərmed” Məhdud Məsuliyyətli Cəmiyyəti karantin rejimi qaydalarını pozduğu üçün cərimə olunub.

KONKRET.az Demokrat.az-a istinadən xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib olunub və cəza tədbiri görülməsi üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Günay Cavadovanın sədrliyi ilə baş tutan iclasda MMC-nin xüsusi karantin rejimi qaydasını pozması müəyyən edilib və cərimə olunması barədə qətnamə qəbul edilib.

İddia olunur ki, “Azərmed” MMC deputat Kamaləddin Qafarovun ailəsinə məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*