Deputatlar güldü, məktəbli ağladı – VİDEObackend

Deputatlar güldü, məktəbli ağladı - VİDEO

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qırğızıstan parlamentində millət vəkilləri Dünya Uşaqlar Günü və BMT-nin Uşaq Hüquqları Konvensiyasının 30 illiyi münasibətilə məktəblilərlə görüşüb.

Görüşdə çıxış edən ibtidai sinif şagirdi onların məktəbində 2 mindən çox şagirdə bir tibb bacısının xidmət etdiyini deyib. Tibb bacısının pula görə uşaqlara peyvənd vurduğundan şikayət edən məktəbli qızın sözləri deputatların gülüşünə səbəb olub. Bundan məyus olan qızcığaz ağlamağa başlayıb və məktəblərindəki digər problemlər barədə danışmaqdan imtina edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*