Deputatlar Katolikosun adı çəkilərkən əllərini masaya döydülər – VİDEObackend

Deputatlar Katolikosun adı çəkilərkən əllərini masaya döydülər - VİDEO

Ermənistan parlamentində hakim “Mülki müqavilə” fraksiyasının deputatları bütün ermənilərin Katolikosunun adı çəkilərkən əllərini masaya döyərək etiraz ediblər.

KONKRET.az xəbər verir ki, bu, müxalifətdəki “Ermənistan” fraksiyasının deputatı Kristine Vardanyanın çıxışı zamanı baş verib. Hakim partiyanın deputatlarının bu davranışına müxalifət nümayəndələri eyni vaxtda alqışlarla cavab veriblər.

Vardanyan əvvəlcə hakim fraksiyanın üzvlərinin davranışına təəccüblənərək bunu “uşaq bağçası üçün hazırlıq kursu” adlandırıb.

Daha sonra parlamentin spikeri Ruben Rubinyan müdaxilə edərək yaranmış vəziyyətə son qoyub və Vardanyandan çıxışını davam etdirməsini istəyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*