DİN: Sosial şəbəkələrdə yayılan məlumatlar yalandırbackend

DİN: Sosial şəbəkələrdə yayılan məlumatlar yalandır

Sosial şəbəkələrdə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Teymur Hacıyevin adından yayılan sənəd saxtadır.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

O qeyd edib ki, hazırda daxili işlər orqanları xüsusi rejimli karantin rejiminin tələblərindən irəli gələn məsələləri icra etməkdədir: “Sosial şəbəkələrdə yayılan bu məlumat yalandır. Vətəndaşları rəsmi olmayan məlumatlara inanmamağa çağırıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*