“Real Madrid”in hücumçusu Vinisius Junior klub rəhbərliyindən İspaniya çempionatının sonuncu – 38-ci turunda “Atletik Bilbao”ya qarşı keçiriləcək matçı buraxmaq üçün rəsmi icazə alıb.
KONKRET.az ESPN telekanalına istinadən xəbər verir ki, mayın 23-də baş tutacaq bu oyunda iştirak etməyəcək forvard 2026-cı il dünya çempionatına hazırlıqlara başlamaq üçün vaxtından əvvəl Braziliya millisinin düşərgəsinə yollanacaq.
Ulduz futbolçu cari mövsümdə “Real”ın heyətində bütün turnirlər daxil olmaqla 53 matça çıxıb, 22 qol vurub və 14 məhsuldar ötürmə ilə yaddan qalıb.
Qeyd edək ki, bu mövsüm “Barselona” vaxtından əvvəl İspaniya çempionu olub, “Real” isə turnir cədvəlində ikinci pilləni təmin edib.\\qafqazinfo.az
