7 saylı doğum evində faciə: Rəhbərlik susurbackend

7 saylı doğum evində faciə: Rəhbərlik susur

Bakıda yerləşən tibb müəssisələrindən birində faciəli hadisə baş verib. Paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərən 7 saylı doğum evində ana doğuş zamanı vəfat edib.

KONKRET.az xəbər verir ki, nocomment.az-a daxil olan məlumata əsasən, hadisə ilə bağlı ailə yaxınları bildirib ki, doğuş üçün xəstəxanaya yerləşdirilən ananın həyatını xilas etmək mümkün olmayıb. Uşağın isə vəziyyəti hazırda olduqca ağırdır.

Hadisənin həkim səhlənkarlığı nəticəsində baş verdiyi bildirilib.

Ağır itki ilə üzləşən ailə qeyd edib ki, vəfat edən qadının geridə daha iki azyaşlı övladı qalıb.

Baş verən hadisə ailə üzvləri və yaxınları arasında böyük üzüntü yaradıb. Onlar ölümün səbəblərinin araşdırılmasını və məsul şəxslərin müəyyən edilməsini tələb edirlər.

Qeyd edək ki, 7 saylı doğum evi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərir.

Sözügedən hadisə ilə bağlı nocomment.az TƏBİB-ə sorğu ünvanlayıb. Hələlik rəsmi şəkildə açıqlama verilməyib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Məlumat üçün bildirək ki, 7 saylı doğum evində rəhbərlikdə bu günlərdə yeni dəyişiklik edilib. Belə ki, tibb müəssisəsinə yeni baş həkim təyin olunub.

Müvafiq əmrlə bu vəzifəyə Gülnarə Rəhimova gətirilib.

Məlumata görə, tanınmış cərrah mama-ginekoloq G.Rəhimova bu təyinata qədər həmin tibb müəssisəsinin 7 saylı
Doğum Şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, uzunmüddətli peşəkar fəaliyyəti ilə tanınan mütəxəssislərdəndir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*