Mahir Emreli “Legiya”ya qayıdır?backend

Mahir Emreli “Legiya”ya qayıdır?

Azərbaycan yığmasının üzvü Mahir Emreli Almaniya klubu “Kayzerslautern”dən ayrılacaq.

KONKRET.az xəbər verir ki o, artıq özünə yeni klub axtarır.

Buna səbəb isə 2-ci Bundesliqa təmsilçisinin baş məşqçisi Torsten Liberknextin hücumçuya oynamaq şansı verməməsidir.

“Kayzerslautern”lə 2028-ci ilin yayında bitəcək müqaviləsi davam edən futbolçu daha çox icarəyə getmək niyyətindədir. Hazırda agenti onunla bağlı axtarışları davam etdirir. Mahir daha çox meydanda olmaq, oynamaq niyyətindədir.

Emrelinin Polşaya dönmək ehtimalı da var. O, 2021-22-ci illərdə parlaq mövsüm keçirdiyi “Legiya”ya qayıda bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*