Kılıçdaroğlu rəsmən CHP sədri oldubackend

Kılıçdaroğlu rəsmən CHP sədri oldu

Kamal Kılıçdaroğlu yenidən rəsmən Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsinin icrasına başlayıb. Artıq məhkəmənin müvafiq qərarı bu gün ona təqdim edilib.

KONKRET.az axaraz-a istinadla xəbər verir ki, bunu partiya sədrinin yeni mətbuat müşaviri Atakan Sönməz deyib.

Qeyd edək ki, məhkəmə mayın 21-də CHP-nin 38-ci qurultayının nəticələrini etibarsız sayaraq ləğv edib. Məhkəmənin müvafiq qərarı ilə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu müvəqqəti olaraq yenidən vəzifəyə qaytarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*