SON DƏQİQƏ: Kərki yenidən xəritədə: Ermənistanda təşviş yaradan dəyişiklikbackend

SON DƏQİQƏ: Kərki yenidən xəritədə: Ermənistanda təşviş yaradan dəyişiklik

“Google Maps” platformasında Azərbaycanın anklav kəndi olan Kərkinin Ermənistanın istifadə etdiyi “Tiqranaşen” deyil, məhz “Kərki” adı ilə göstərilməsi Ermənistanda yeni müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə və yerli mediada məsələ geniş şəkildə müzakirə edilir. Bəzi ekspertlər bunu sərhəd delimitasiyası və regional proseslərlə əlaqələndirir. Maraqlıdır, baş verənlər Kərkinin Azərbaycana qaytarılması ehtimalını artırırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, hazırkı proseslər Ermənistanda daxili siyasi gündəmlə birbaşa bağlıdır:

CROSSMEDIA - Regional təşəbbüslərin mərkəzində Azərbaycan dayanır -Əziz Əlibəyli

“Ermənistan seçki dönəminə hazırlaşır. Məncə, proseslərin gedişatı göstərir ki, erməni xalqı Paşinyana səs verəcəksə, bu, müəyyən məsələlərin həllinə də imkan yarada bilər. O cümlədən Kərkinin Azərbaycana qaytarılması məsələsində də proseslər üçün müəyyən şərait formalaşır”.

Siyasi şərhçinin sözlərinə görə, regional kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və sülh gündəliyi çərçivəsində anklav məsələsi yenidən aktuallaşacaq.

Qeyd edək ki, Kərki kəndi Azərbaycanın Sədərək rayonuna aid anklav kəndidir. 1990-cı illərin əvvəllərindən Ermənistanın nəzarətindədir və hazırda Ermənistan tərəfindən “Tiqranaşen” adlandırılır. Son günlər “Google Maps”də kəndin “Kərki” kimi qeyd olunması Ermənistan ictimaiyyətində narazılıq və müzakirələr yaradıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*